YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fələstinin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar diləyir, Azərbaycana və onun xalqına daha böyük tərəqqi, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələrimizin inkişaf etməsini arzulayıram.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edin".