YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır

Azər Süleymanov

YAP  Nəsimi rayon təşkilatının sədri   

“Heç bir zəfər məqsəd deyildir. Zəfər,  ancaq özündən daha böyük olan bir məqsədə çatmaq üçün lazım olan mühüm vasitədir. Məqsəd ideyadır. Zəfər bir ideyanın həyata keçirilməsinə etdiyi xidmətin nisbətinə görə öz dəyərini ifadə edir. Hər hansı bir ideyanın həyata keçirilməsinə əsaslanmayan bir zəfər davamlı ola bilməz” söyləyən türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün sözlərini “Azərbaycanda  biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik”  kəlamları ilə tarixiləşdirən ulu öndər Heydər Əliyev  ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini ölkəmizin  xarici siyasətində  mühüm istiqamətlərdən biri kimi vacib hesab edirdi.  Hər iki öndər  Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətlərin gücləndirilməsinə üstünlük verərək faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək , beynəlxalq təşkilatlarda  bu həmrəyliyin gücünü  göstərmək üçün tarixi xidmətlərə imza atmışlar.

İstər artıq tarixə göndərilmiş “Dağlıq Qarabağ münaqişəsi” dövründə, istərsə də İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə daim Azərbaycanın yanında olduğunu dəstəyi ilə  bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin rəsmiləri də dəfələrlə bildirirdilər ki,  Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla, həm də sarsılmazdır. Bu dostluğun tarixi əhəmiyyətini 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli  Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında   “Biz bilirik ki,  beynəlxalq müstəvidə  öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də  asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə  möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü  olacaqdır” ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri  artıq perspektiv deyil, reallıqdır. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 44 gün davam edən İkinci Qarabağ müharibəsində  azad edilməsində  siyasi, mənəvi, hərbi dəstəyini əsirgəməyən qardaş ölkə ilə Azərbaycanın birlik və həmrəyliyi  əsrlərə söykənən tariximizin, soy kökümüzün əbədiyyət rəmzidir.

Ötən ilin dekabr ayının 10- da paytaxtımızda keçirilən “Dəmir yumruq” əməliyyatının Qələbə müjdəsi olan Zəfər paradını türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü  eyni zamanda Azərbaycan -Türkiyə dostluğun  əbədiyyət  simvolu idi.  Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında  tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

Dünyanın tanınmış KİV-lərinə müsahibələrində Türkiyənin ölkəmizə  mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Düşmən Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının  birlik və həmrəyliyinin lokomotivi olan  hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi.

Bu gün də Müttəfiqlik Bəyannaməsinin imzalanmasını  Zəfərimizin davamı, əlamətdar hadisə adlandıranların sevinclərini  “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” sözləri ilə ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı  həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Müttəfiqlik  Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad  olunması,  dövlətlərarası iş birliyinin gələcək istiqamətlərinin  əksini tapması hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin,  müdafiə sahəsində əməkdaşlığın ön planda göstərilməsi Türk dünyasının tarixi nailiyyətidir.

İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn qaydada keçirilən  Zirvə toplantısındakı çıxışındakı  “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır”  sözləri ilə  Azərbaycan-Türkiyə münasibətlərini İslam həmrəyliyinin aparıcı gücü kimi dəyərləndirən  Prezident İlham Əliyev   qardaş Türkiyənin  İslam həmrəyliyinin möhkəmlənməsindəki rolunu da yüksək qiymətləndirmişdir.  Humanitar çağırışların, təşəbbüslərin müəllifi  kimi tanınan Azərbaycan  islamofobiyaya qarşı mübarizədə fəal iştirak etməklə multikultural dəyərlərə malik tolerant dövlət olduğunu əməli fəaliyyəti ilə  təsdiqləyir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, dini abidələrimizin bərpasına yardım etmək istəyən   müsəlman ölkələrinin   Azərbaycana müraciətləri  türk  həmrəyliyinin ifadəsidir.

Postmüharibə dövründə  işğaldan azad edilmiş əraziələrdə aparılan bərpa-quruculuq işlərində  Türkiyə şirkətlərinin iştirakı Ermənistandan səslənən revanşist çağırışlara da qətiyyətli cavab oldu.  
Zəfər yolunun təməlqoyma mərasimində, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsində hər iki dövlətin başçılarının birgə iştirakı o deməkdir ki,  Azərbaycana dost-qardaş yardımını əsirgəməyən Türkiyə hazırda dünya siyasətində aktuallığı ilə seçilən və bölgə üçün böyük əhəmiyyət malik Zəngəzur dəhlizinin bərpasında da qətiyyət göstərəcək. Tarixi, strateji maraqlar, regional əhəmiyyəti baxımından diqqətçəkən,  sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil,  azərbaycanlıların tarixi Vətəni olan Zəngəzur dəhlizinin bərpasında da orta maraqlar baxımından qətiyyət göstərən hər iki qardaş ölkə Şərqdən Qərbə uzanan və  hər kəsin istifadə edə biləcəyi yeni   körpününün inşasında da birgə çalışacaqlar.

Türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə  bu günlərdə  qardaş ölkəyə  işgüzar səfəri çərçivəsində   Rize-Artvin Hava Limanının açılışında  birgə iştirak edən Prezident İlham Əliyev çıxışının mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanması qardaş səmimiyyətinin ifadəsi idi. Hər iki dövlət başçıların birgə iştirakı ilə keçirilən Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Rizə-Artvin Hava Limanının istifadəyə verilməsi iki ölkə arasındakı  nəqliyyat –kommunikasiya  infrastrukturunun şaxələnmiş istiqamətinin nümunəsidir. Səfər çərçivəsində  Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotolar və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə etməsi  siyasi birliyin tərkib hissəsi idi.   Prezident İlham Əliyevin vurğuladığı kimi, qardaş Türkiyə  nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində  insanlara xidmət naminə həyata keçirilən bütün layihələr  Türkiyənin inkişafını, gücünü göstərən amillərdir.
Qeyd olunduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa xidmət siyasətinin növbəti nümunəsi olan bu  hava limanının açılışı Türkiyənin  gələcəyə  inamla, qətiyyətlə addımladığının ifadəsi, dost və qardaş ölkələr üçün əlverişli hava məkanının yaradılmasıdır. 

Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm» söyləyən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnuniyyətlə bildirməsi  Azərbaycan-Türkiyə qardaşlığının daimi, əbədi və sarsılmazlığının təsdiqi, tarixi hadisədir.