YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Sahil Babayev: Azərbaycan ilə Türkiyə hər bir sahə üzrə münasibətləri ən yüksək səviyyədə qurub

Bu gün Azərbaycan və Türkiyə arasında sosial məsələlər, əmək və məşğulluq üzrə Birgə Daimi Komissiyanın 10-cu iclası keçirildi. Bu iclas çərçivəsində ölkəmizdə və Türkiyədə sosial məsələlər, əmək və məşğulluq sahəsində əldə olunan təcrübələr bölüşüldü, yeni proqramlar, mexanizmlər və əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində ətraflı müzakirələr aparıldı. Bu müzakirələrin nəticəsində hazırlanan qarşılıqlı sənədlər imzalandı.

Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

İmzalanan tədbirlər planının 18 istiqamətdən ibarət olduğunu bildirən nazir deyib: “Hesab edirik ki, bu proqramın icra edilməsi ölkələrimiz arasında sosial sahələr üzrə əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. Bildiyiniz kimi, Azərbaycan ilə Türkiyə həm qardaş, həm də müttəfiq olmaqla yanaşı, hər bir sahə üzrə ən yaxın münasibətləri yüksək səviyyədə qurmuş ölkələrdir. Məhz bu mənada sosial, əmək və məşğulluq sahələri üzrə bu əməkdaşlığı daha da dərinləşdirmək üçün müvafiq işlər görüləcək”.