YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Türkiyənin Əmək və Sosial Müdafiə nazirliklərinin Birgə Daimi Komissiyanın 10-cu iclası keçirilib

Mayın 19-da İstanbulda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Birgə Daimi Komissiyanın 10-cu iclası keçirilib.

Bu məqsədlə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyədə səfərdədir.

Səfər çərçivəsində iki qardaş ölkə arasında sosial müdafiə sahəsi üzrə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub, razılaşma memorandumu imzalanıb.

İmzalama mərasimindən sonra nazir Sahil Babayev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin mediaya birgə açıqlama veriblər.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən nazir Sahil Babayev Azərbaycanın və Türkiyənin daima iki qardaş ölkə, “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət etdiyini, bunun iki ölkə lideri tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini deyib.

Bildirilib ki, əmək, sosial, məşğulluq və bu kimi sahələrə dair yeni proqramlar, eləcə də sosial müdafiəyə ehtiyacı olan və bu kimi digər insanlara dəstək məqsədilə iki ölkə arasında yeni fəaliyyət planı hazırlanıb. Razılaşma memorandumu məşğulluq, reabilitasiya və buna dair bir sıra sahələr üzrə iki ölkə arasında əlaqələri daha da gücləndirəcək və inkişaf etdirəcək.

Nazir Sahil Babayev Birgə Daimi Komissiyanın 11-ci iclasının Bakıda keçirilməsi ilə bağlı türkiyəli həmkarını Vətənimizə dəvət edib.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın hər sahə üzrə inkişafının göz qarşısında olduğunu deyən nazir Vedat Bilgin qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin hər yerində bu şanlı Zəfərin sevincinin əhalinin hər bir fərdinin gözündə görmək olar. Bu Zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixi qələbəsidir.

Nazir iki qardaş ölkə arasında sosial sahə üzrə layihələrin addım-addım həyata keçirildiyini deyib.