YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda “Müstəqlliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilib

Ağdaş rayonunun Yenicə kəndində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Yenicə kəndindən olan şəhidlərin xatirəsinə inşa olunan abidə kompleksi ziyarət olunub.

Yenicə kənd ərazi partiya təşkilatında keçirilən tədbirdə çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyindən, ötən illər ərzində keçdiyi sürətli inkişaf yolundan regionda və dünyada artan nüfuzundan danışıblar.

Vurğulanıb ki, müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı inkişaf strategiyası dayanır.