YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda “28 may - tariximizin ən şanlı və ən parlaq səhifələrindəndir” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında 28 May - Müstəqillik Günü münasibətilə “28 may - tariximizin ən şanlı və ən parlaq səhifələrindəndir” mövzusunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınların iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nun əhəmiyyətindən danışıb.

Daha sonra tədbirdə Viləş uşaq bağçası və körpələr evi ərazi partiya təşkilatının sədri Şəfa Allahverdiyeva, şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nailə Əsədullayeva, Dəfinə lisey ərazi partiya təşkilatının sədr müavini Jalə Mürşüdova, rayonun fəal qadınları Mətanət Paşayeva, Aynur Qardaşova, Natavan Əliyeva və başqaları müstəqillik yolunda xalqımızın çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun qorunmasında Ümummilli Liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv