YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcəklər

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının uzun tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişafında böyük təkan yarandı və bir çox ölkələrlə xarici iqtisadi münasibətlər quruldu. Azərbaycanın 1996-cı ildən Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə genişlənir.

Bu dövlətlərdən biri də Avropa İttifaqına daxil olan Litvadır. Litva Respublikası Azərbaycanın mustəqilliyini 1991-ci il dekabrın 20-də tanımış və 1995-ci ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. 2006-cı il tarixində “Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı 2007-ci il sentyabrın 13-də Vilnusdə qəbul olunmuş “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq munasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”, o cumlədən 2009-cu il aprelin 7-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi dialoqun gucləndirilməsi və əməkdaşlıq haqqında Memorandum” ikitərəfli münasibətlərə əsaslı zəmin yaradan və əlaqələri tənzimləyən əsas sənədlərdir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahələrində əməkdaşlıq mövcuddur.

Son səfər zamanı Litva Respublikasının Prezidenti Gitanas Nausedanın da bildirdiyi kimi ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Litva yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, inter-model və dəniz limanları infrastrukturu və xidmətlərinə sahibdir. Ancaq Azərbaycan öz təbii sərvətləri ilə Baltik ölkələrindən dəfələrlə öndədir və əsas strateji coğrafi məkanda yerləşir. Məhs buna görə də ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, mövcud potensial və investisiya imkanları çox genişdir. Burada Baltik ölkələri iş adamları ölkədə yaradılmış sənaye parklarından, sənaye məhəllələrindən və aqroparklardan istifadə etməyə, habelə təklif olunan güzəştlərlə iqtisadi fəaliyyətin müxtəlif növləri ilə məşğul olmaq üçün şərait yaradılmışdır.

Ümumilikdə, Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bütün bunlar bir daha deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcəklər.