YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhid övladının doğum günü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Qərib Baxşəliyevin qızı balaca Cənnətin 1 yaşı münasibətilə Vətən qəhrəmanının ailəsi ziyarət olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov şəhidin ailəsinə baş çəkib, balaca Cənnəti doğum günü münasibətilə təbrik ediblər.

Şəhid övladına hədiyyələr təqdim olunub, ailənin qayğı və problemləri dinlənilib.

Görüşdə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir Vətən övladının xatirəsinin dövlətimiz və xalqımız tərəfindən uca tutulacağı vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhid olub. Prezidentin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.