YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhid Elgün Mikayıllının xatirəsi anılıb

Masallıda Vətən müharibəsi şəhidi Mikayıllı Elgün Aqil oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri Xıl kəndində şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları şəhidin ailəsinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə şəhid Elgün Mikayıllının həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs edilib. Elgün kimi Vətən övladlarının xatirələrinin daim ürəklərdə yaşayacağı vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.