YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın müsəlman dünyasında nüfuzunu daha da gücləndirən amil olacaq

«Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması çox əhəmiyyətli hadisədir». Bu fikri Azərbaycanın İƏT Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva deyib ki, Azərbaycan İslam dünyasında nüfuzlu bir dövlətdir. Onun sözlərinə görə, ölkəmiz islami dəyərlərin qorunması, onun geniş təbliğ olunmasına böyük töhfələr verir.

«Təbii ki,  İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın müsəlman dünyasında nüfuzunu daha da gücləndirən amil olacaq. Nəzərə alsaq ki, bu gün İslam dinini gözdən salmaq istəyən qüvvələr var. Belə olan bir şəraitdə, ölkəmizdə keçiriləcək bu tədbir eyni zamanda, İslam dəyərlərinin təbliği baxımından da vacib hadisə olacaq»- deyə, G.Baxşəliyeva qeyd edib.