YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: Dövlət Toxum Fondunun yaradılması kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir

«Ölkə Prezidentinin sərəcamına əsasən Dövlət Toxum Fondunun yaradılması kənd təsərrüfatının inkişafı üçün böyük  əhəmiyyət kəsb edir». Bu fikri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, ölkədə dayanıqlı toxum təminatını təmin etmək məqsədilə quraqlığa davamlı məhsuldar toxumlarla təmin etmək üçün Toxum Fondu mühüm əhəmiyyətə malikdir. Onun fikrincə, Fondun fəaliyyəti get-gedə güclənəcək və ölkədə toxumla bağlı heç bir problem olmayacaq.

«Bizim əsas fikrimiz odur ki, genefondumuza uyğun olan sortlara üstünlük verilsin. Əgər ehtiyac yaranarsa, digər məhsuldar xarici sortların gətirilib burda sınaqdan keçirilməsi və tətbiq olunaması istiqamətində işlər həyata keçiriləcək. Bu istiqamətdə lazımi tədbirlər görüləcək»- deyə, nazir müavini vurğulayıb.