YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Bu fakt Ermənistanda vəziyyətin çox gərgin olmasının təzahürüdür

«Ermənistanda əsgər analarının yaratdığı “Mayreri viştı” (“Anaların ağrısı”) təşkilatı hakimiyyət üçün ciddi siqnaldır». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, bu fakt Ermənistanda vəziyyətin çox gərgin olmasının təzahürüdür. Onun sözlərinə görə, işğalçı ölkə xeyli əvvəl ordularının yüksək səviyyədə olmasını iddia edirdilər.

«Ancaq baş verən hadisələr onların iddialarını alt-üst edir. Erməni hakimiyyəti yalnız özlərini aldatmaqla məşğuldur. Sonradan isə onlar hər şəyi Azərbaycanın üzərinə atmaqla yaxalarını kənara çəkməyə çalışırlar. Ermənistanda əsgər anaları tərəfindən belə bir təşkilatın yaradılması artıq erməni cəmiyyətinin hakimiyyətə qarşı etirazlarının gücləndiyini göstərir»- deyə, deputat qeyd edib.