YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə üzrə iri işəgötürənlərdə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakı, Mingəçevir və Gəncə şəhərlərində, Lənkəran və Bərdə rayonlarında yerləşən iri işəgötürənlərdə malik müəssisələrdə (“AKKORD” QTSC,  “Azneftmaş” ASC, “Det-Al Aliminium” MMC, “Lənkəran Konserv” ASC, “Yağ Pendir-Az-Qida” ASC) əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Həmin müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə keçirilən görüşlərdə Azərbaycanda əməyin mühafizəsi sahəsində daim güclənən dövlət siyasətindən bəhs olunub, ölkədə hər bir vətəndaşın sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının konstitusion hüquqlardan biri olduğu diqqətə çatdırılıb. Görüşlər zamanı əmək qanunvericiliyi, xüsusən  əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə işçi və işəgötürənlərə ətraflı məlumatlar verilib, işçinin həyat və sağlamlığının müəssisənin iqtisadi maraqlarından üstün tutulduğu vurğulanıb. Əməyin mühafizəsi, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi sahəsində işəgötürənlərin vəzifələri, habelə bu vəzifələrin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri də işəgötürənlərin nəzərinə çatdırılıb.

Tədbirlərdə işçi və işəgötürənlərin iş yerlərində əmək şəraitinin texniki təhükəsizlik qaydalarına uyğun təşkili, istehsalat qəzaları və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi və s. ilə bağlı sualları cavablandırılıb, hüquqi-praktik izahatlar verilib.