YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına şəraitin yaradılması istiqamətində səylərini davam etdirəcək

“Əlaqədar tərəflərdən heç biri Qarabağ münaqişəsinin gərgin fazaya keçməsini istəmir”. Bu sözləri Rusiya XİN-in başçısı Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə danışıqlarının yekunlarına əsasən bəyan edib.
S.Lavrov deyib: “Biz münaqişənin gərgin fazaya keçməsi fikrini heç ağlımıza gətirmirik. Bizim bütün fəaliyyətimiz qarşılıqlı məqbul həll yolunun mümkün qədər tez tapılmasına yönəlib”.
Rusiya naziri bildirib ki, bu məsələ ilə bağlı əlaqələr müntəzəm davam etdirilir. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndələri tez-tez regiona gedirlər. Həmsədr ölkələrin prezidentləri həll yollarının axtarışı ilə şəxsən maraqlanırlar. S.Lavrov deyib: “Bizim Prezident ötən il xüsusi səylər göstərib. Bunun sayəsində praktiki planda mümkün addımlar barədə məsləhətləşmələr davam etdirilir. Bunlar Cənubi Qafqazın hər hansı bir blokada, sanksiya və məhdudiyyət olmadan əməkdaşlıq regionuna çevrilməsi üçün heç kəsi razı salmayan bu münaqişənin aradan qaldırılması prosesinin həyata keçirilməsinə imkan verərdi.
Rusiya XİN-in başçısının sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə şəraitin yaradılması istiqamətində səylərini davam etdirəcək, həmin problemin bütün tərəflər üçün məqbul əsasda həllinə şəraitin yaradılmasına bundan sonra da fəal kömək edəcək.

 

DİGƏR Xəbərlər Arxiv