YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 37 nömrəli ərazi partiya təşkilatı, Şuşa rayon Mədəniyyət evi, Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evi və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı” adlı tədbir keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən 37 nömrəli ərazi partiya təşkilatının sədri Aysel Eldarlı bildirib ki, Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Daha sonra ölkəmizi, o cümlədən Şuşanı vəsf edən musiqilər səsləndirilib.