YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid Aslan İsmayılovun xatirəsi anılıb

Salyanda Vətən müharibəsi şəhidi İsmayılov Aslan Əvəz oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiya fəalları, Salyan rayon Gənclər İdman İdarəsinin rəisi Araz Hüseynov və idarə əməkdaşları şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Vurğulanıb ki, şəhidlərimiz heç vaxt unudulmur və hər birimiz onlara borcluyuq. Tarix yazan qəhrəmanlarımız daim fəxr və iftixarla anılacaq.