YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“11 aprel 2018-ci il prezident seçkiləri - lider-xalq birliyinin təntənəsi” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində “11 aprel 2018-ci il prezident seçkiləri – lider-xalq birliyinin təntənəsi” mövzusunda tədbir keçirib. Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilat nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş “Zəfərə aparan yol” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı ötən 4 il ərzində Yeni Azərbaycan Partiyasınının Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin strateji hədəflərindən və onun nəticələrindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin tərəqqiyə və gələcəyə hesablanmış siyasəti bir daha sübut etdi ki, ötən illər ərzində atılan heç bir addım, deyilən heç bir söz təsadüfi deyil. Cənab Prezidentin apardığı siyasət nəticəsində vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi və xalq-iqtidar birliyinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurduq.

Tədbirdə, həmçinin təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.