YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi rayonunda növbəti səyyar qəbul Hindarx qəsəbəsində keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri rayonun Hindarx qəsəbəsində növbəti səyyar qəbul keçiriblər.

Səyyar qəbulda RİH başçısı aparatının məsul işçiləri, Hindarx qəsəbə icra nümayəndəsi, bələdiyyə sədri, YAP Ağcabədi rayon təşkilatı Hindarx qəsəbə ərazi partiya təşkilatının sədri, qəsəbənin məktəb direktorları və idarə, təşkilat, müəssisə rəhbərləri, fermerlər, torpaq mülkiyyətçiləri və sahibkarlar iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov qəsəbənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.         

DİGƏR Xəbərlər Arxiv