YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Komitələrin birgə iclasının Şuşada keçirilməsi Azərbaycan parlamenti tarixində əbədi qalacaq bir hadisədir

Milli Məclis komitələrinin birgə iclasının mədəniyyət paytaxtımız olan Şuşada keçirilməsi Azərbaycan parlamenti tarixində əbədi qalacaq bir hadisədir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin aprelin 12-də keçirilən iclasında deyib.

Milli Məclisin sədri vurğulayıb ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi çərçivəsində aprel ayından etibarən Milli Məclisin komitə iclaslarının bəzilərinin Şuşada təşkil edilməsi planlaşdırılır.

Sahibə Qafarova tədbirlərin keçirilməsinin cədvəlinin hazırlandığını da diqqətə çatdırıb.