YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Zaqatala rayonunda Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Hacıyev Abakar Məhəmməd oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, Zaqatala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov və ictimaiyyət nümayəndələri Dardoqqaz kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Abakar Hacıyev 2020-ci il oktyabrın 27-də Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə ucalıb.