YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir

Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsinə böyük ehtiyac var.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.
O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirilən görüşdə də əsas məqsəd bu ölkədən yük vaqonlarının alınması vəziyyətini araşdırmaq idi. Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında keçirilən ikitərəfli görüşdə də bu məsələ müzakirə olundu. Danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alındı. “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif təmayüllü vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir.