YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Vətən müharibəsində itkin düşən Asim Mehdiyevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və partiya üzvləri rayonun Yuxarı Qiyamadınlı kəndində İkinci Qarabağ müharibəsində itkin düşən Mehdiyev Asim Yaqub oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı rayon təşkilatının sədri, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş Qələbədə minlərlə qəhrəman Azərbaycan oğlu kimi, Asimin də payı olduğunu bildirib.

Təşkilat nümayəndələri ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Asimin valideynləri Yaqub Mehdiyev və Gültəkin Mehdiyeva övladlarının şərəfli ömür yolundan bəhs ediblər. Qeyd ediblər ki, sonuncu dəfə Asim ilə 2020-ci il noyabrın 7-də telefonla danışıblar, həmin vaxtdan bu günədək ondan heç bir xəbər almayıblar.