YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Brüsselə səfəri, görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyevin Brüsselə səfəri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuza malik olmasının göstəricisidir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranmışdır. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Brüsselə səfəri və orada keçirdiyi görüşlər, mətbuat konfransında səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi getdikcə postmüharibə dövrünün reallıqlarını daha düzgün qiymətləndirməyə başlayır. Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir. Bu səfər zamanı Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli, daha sonra isə Ermənistan baş naziri  ilə ikitərəfli görüş keçirmişdir. Bu, postmüharibə dönəmində ikitərəfli formatda keçirilən ilk görüş idi. Bu təmaslar çərçivəsində müharibədən sonrakı dövrlə bağlı geniş müzakirələr aparılmış  və həllini gözləyən iki mühüm məsələ ilə bağlı razılaşma əldə olunmuşdur: birincisi, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ekspert qrupunun yaradılması ilə bağlı razılaşma. İkincisi isə Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunikasiya dəhlizlərinin açılması. Bu baxımdan Brüssel görüşü əslində 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarına sadiqliyi nümayiş etdirən mühüm addım kimi qiymətləndirilməlidir.

Brüssel Sammitinin yekun sənədi olaraq qəbul edilmiş Bəyanat da Azərbaycanın milli maraqlarına cavab verir. Burada ilk növbədə üzv dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, onlar arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına dəstək ifadə olunmuşdur. Heç bir halda, status məsələsi və “Dağlıq Qarabağ” ifadəsi danışıqların predmeti olmamış və yekun sənədə bu haqda heç bir bənd salınmamışdır.

Daha sonra proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

Növbəti  üçtərəfli görüş 2022-ci il 6  aprel tarixində baş tutub. Məlum olduğu kimi, Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixlində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə   Brüsselə səfər edib.

Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınmışdır. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilmişdir. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.Görüş zamanı tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunmuş, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.

Eyni zamanda sənəddə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur.

Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir. Nüfuzlu beynəlxalq təşkilat olan Avropa İttifaqının məqsədi ondan ibarətdir ki, ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Danılmaz faktdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.

Beləliklə Prezident cənab İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv