YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsxak Hersoq: Ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi əlamətdar hadisənin şahidi olacağıq

Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi, mədəni və bir çox müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirmək üçün gözəl fürsətdir. Münasibətlərimizin yenilənməsi ilə əlamətdar olan bu hadisə mənim üçün xüsusilə əzizdir. Belə ki, İsrailin mərhum VI Prezidenti, mənim atam Haim Hersoq həmin vaxtı dövlət başçısı idi.

Bu fikirlər İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alır.

Təbrikdə daha sonra deyilir: “İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir”.

İsrail Prezidenti, həmçinin dövlətimizin başçısını Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etmək üçün bir daha İsrailə səfərə dəvət edib.

Prezident İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməkdən böyük məmnunluq hissi duyduğunu qeyd edən İsxak Hersoq ölkələrimiz arasında bu münasibətlərin gələcəkdə daha da genişlənməsini və dərinləşməsini arzu edib.