YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatı partiya üzvləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı Şürük-Türkəkəran kənd ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə 2018-ci ilin aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkilərindən, Partiyanın Sədri İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilməsindən söhbət açılıb.

Yığıncaqda YAP üzvləri Qalib Abbasov, Namiq Bağırov və başqaları çıxış edərək cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin böyük inkişaf yolu keçdiyini, dövlətimizin çox gücləndiyini, onun iqtisadiyyatının sürətlə artdığını qürur hissi ilə qeyd ediblər.

Həmçinin 44 günlük Vətən müharibəsində ordumuzun möhtəşəm Qələbəsindən, bu Zəfəri xalqımıza yaşadan şəhid və qazilərimizin qəhrəmanlığından danışılıb.

Sonda YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, Azərbaycan dövlətçiliyi Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə qorunur və onun həyata keçirdiyi uğurlu siyasət bundan sonra da xalqımızı böyük qələbələrə aparacaq.