YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub

Salyanda Vətən müharibəsi şəhidi Zamanov Taleh Valeh oğlunun doğum günü uyuduğu Qaraçala qəsəbəsində yerləşən qəbiristanlıqda məzarı üstündə qeyd olunub.

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiya fəalları, Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri qəhrəman Vətən oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Taleh Zamanov 2020-ci il oktyabrın 30-da Kəlbəcər istiqamətində şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edib.