YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə XİN: Bölgədə sülh və sabitliyin yaranması üçün həyata keçirilən səyləri dəstəkləyirik

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə işçi nahar formatında görüşü nəticəsində iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi hazırlamağa başlanması məqsədilə təlimat verilməsindən və iki ölkə arasında aprel ayının sonunadək ortaq sərhəd komissiyasının yaradılması ilə əlaqədar razılaşmanın əldə olunmasından məmnuniyyət hiss edirik.

Bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin bəhs edilən mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlamada bildirilir ki, Türkiyə Respublikası bölgədə sülh və sabitliyin yaranması üçün həyata keçirilən səyləri dəstəkləməkdə və belə cəhdlərə fəal təsir göstərməkdədir.