YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Rəsmi Moskva Qarabağla bağlı üçtərəfli sazişlərin yerinə yetirilməsini təmin edəcək

Rəsmi Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağla bağlı üçtərəfli razılaşmalarının yerinə yetirilməsini təmin edəcək.

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Ararat Mirzoyan ilə Moskvada keçirilən görüşündə deyib. O qeyd edib ki, Moskva üçtərəfli sazişlərin yerinə yetirilməsini, o cümlədən Rusiya sülhməramlı kontingentinin mandata uyğun fəaliyyətini təmin edəcək.

S.Lavrov bildirib ki, qarşıda Rusiya və Ermənistan rəhbərlərinin görüşü gözlənilir və xarici işlər nazirləri bu görüşə hazırlıq məsələlərini də müzakirə edəcəklər.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva əsas müttəfiqi kimi müdafiə qabiliyyətini möhkəmləndirməkdə və sərhədlərinin müdafiəsində Ermənistana yardım göstərəcək.

Bundan əlavə, S.Lavrov Rusiyanın Ermənistan iqtisadiyyatına investisiyalarının artırılmasına dair növbəti təkliflər paketi hazırladığını da diqqətə çatdırıb.