YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev Azərbaycanın Zəfər salnaməsinin müəllifidir

Məlahət İbrahimqızı

YAP-ın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı,

Aprel ayı ölkəmizin tarixində əlamətdar günlər və hadisələrlə zəngin aylardandır. Təkcə 2016-cı ildə Zəfər tariximizin parlaq səhifələrindən olan Aprel Zəfəri haqqında və onun siyasi tarixi əhəmiyyəti haqqında günlərlə danışmaq olar. Aprel ayında baş vermiş əlamətdar və tarixi hadisələrdən biri də 2018-ci ildə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisidir.Bəli, məhz bu seçkidə əldə edilən siyasi qələbə tarixi siyasi əhəmiyyətinə görə çağdaş dövlətçilik tariximizin dünya birliyində güclü və qalib dövlət kimi  bir saha özünü sübut etdi. Məhz bugün şərəfli və qürurlu xalqımız öz özgür seçimi ilə müdrik və  uzaqgörən  olmasını yenidən göstərdi. Təkcə bir faktı demək kifayətdir ki, son prezident seçkilərinin nəticələri xalqımızın öz taleyinə, eləcə də dövlətimizin gələcək taleyinə nə qədər məsuliyyətlə, cavabdehlik və həsasslıqla yanaşmasını göstərdi. Bu seçkidə xalqın mütləq əksəriyyəti özünün əvəzedilməz LİDERinə “HƏ” dedi. Bu “HƏ” həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevə və onun əbədiyaşar irsinə olan sədaqət göstəricisi idi.

Növbədənkənar prezident seçkiləri bir daha göstərdi ki, xalqımız bu seçimi ilə Azərbaycanın taleyində müstəsna rola malik, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir. Bu seçki Azərbaycan xalqı tərəfindən ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevin siyasi kursunun alternativinin olmadıqlnı təsdiq edildi. Xüsusi qeyd etmək lazımdır ki, məhz növbəti dəfə xalqdan etimad mandatı alan Prezidentmiz möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə son dörd ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Çağdaş dövlətçiliyimizin ən parlaq səhifələrindən olan bu renosans mərhələsi ölkəmizdə genişmiqyaslı və ardıcıl islahatlarla səciyyələnir. Dövlətimizin başçının “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” adlandırdığı bu islahatların həyata keçirilməsi göstərdi ki, bu islahatlar təşkilati, sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətləri əhatə etməklə çoxşaxəli və dinamikdir. Bu kompleks islahatlar proqramı və strategiyasının fərqləndirən xüsusiyyətlərdən biri də onun müasir çağırışlarla uzlaşmasıdır. Sözsüz ki, həyata keçirilən siyasət ölkəmizin daxili siyasi uğurlarını şərtləndirməklə, bütövlükdə cəmiyyəti səfərbər edərək, vətəndaş həmrəyliyini daha da güclü edir. Müdrik və uzaqgörən siyasi kurs əsasında həyata keçirilən bu islahatlar həm də ölkədə mövcud olan siyasi sabitliyə və təhlükəsizlik mühitinin dönməzliyinə təminat yaradır. Əlbəttə bu həmrəylik və birlik üçün ən əsas şərt öz xalqını arxasınca aparmaq bacarığı olan güclü və xarizmalı lider amilidir. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarına malik olmaqla xalqın və dövlətın milli maraqlarını hər cür mənafelərin fövqünə yüksəldə bilsin. Xalqın gözü tərəzidir deyərlər. Bu mənada xalq öz taleyini ancaq və ancaq verdiyi vədi ilə əməlinin bir-birini tamanlayan liderə bağlayır.  Həqiqətən də belə liderlər yetişdirən xalqlar böyük, əzəmətli və xoşbəxtdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə əbədiyaşardır. Bu baxımdan böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev özü də xoşbəxt dövlət rəhbəridir. Bir sadə həqiqəti də qeyd etmək lazımdır ki, xalqımızın cənab Prezidentə olan sevgisinin əsas səbəblərindən biri də onun son on doqquz il ərzində ölkəmizi və millətimizi uca zirvələrə yüksəltməsindədir. Möhtərəm Prezidentimiz ötən dövr ərzində hər hansı böyük dövlətin və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edərək, müstəqil siyasət həyata keçirir. Məhz bu siyasətin də təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində təzahür edir. Bu bir gerçəklikdir ki, Möhtərəm Prezidentimizin son Prezident seçkilərindən sonra bəyan etdiyi genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın aparıcı media səhifələrində da   ucadan eşidilməkdədir. Bunu biz 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə görürdük. Heç də sir deyil ki, hər cür fors-major vəziyyətlərdə xalqı ilə bir olan Prezident İlham Əliyevə xalq da hər zaman qranit qaya kimi dayaq olubdur. Onun hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə görə hər bir bədxah güc bu birliyin qarşısında acizdir. Bu həqiqət qeyd etdiyim kimi 44 günlük Vətən müharibəsi zamanı və bütün dünya dövlətlərini öz əsarətinə almış COVİD-19 pandemiyası ilə qlobal mübarizə şəraitində özünü bir daha büruzə verdi. Prezident İlham Əliyevin karonavirus pandemiyasına qarşı əhalinin həyatı və sağlamlığının qorunması, əhalinin sosial müdafiəsinin təmin olunması, iqtisadi fəallığın inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlıqda humanitar dəstəyi özündə əks etdirən  mübarizə strategiyası sayəsində ölkəmiz bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirə bildi.  Bu gerçəklik beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də ÜST rəhbərliyi səviyyəsində dəfələrlə  qiymətləndirildi və təqdir edildi. Bu baxımdan pandemiya dövründə ölkəmiz dəfələrlə nümunəvi dövlətlər sırasında qeyd edilmiş və Azərbaycanın pandemiyaya qarşı mübarizəsi bir sıra dövlətlər tərəfindən model kimi qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ( indiki TDT), may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə  pandemiyaya qarşı səylərin birləşdirilməsinə xidmət edirdi. Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unikal təşəbbüslə - BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Cənab Prezidentin bəşəri dəyərlərə xidmət edən bu təşəbbüsü ötən ilin may ayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və QH-ının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınmışdır. Bunun ardınca möhtərəm Prezidentimizin mayın ayının 13-də QH-nın sədri kimi BMT Baş katibinə müraciət etmişdir. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etmişdir.

Xüsusi qeyd etmək lazımdır ki, BMT Nizamnaməsinə görə Baş Məclisinin xüsusi sessiyasının çağırılması elə də sadə mexanizm deyil. Lakin Prezidentimiz möhtərəm cənab İlham Əliyevin bu təşəbbüsünü qlobal səviyyədə əhəmiyyətini nəzərə alaraq, BMT Baş Məclisinin 130-dan çox üzvü tərəfindən birmənalı olaraq bu təşəbüs dəstəkləmişdir.Bu unikal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz Bu humanist və unikal təşəbbüsün əleyhinə qarşı çıxış edən iğalçı Ermənistan isə bu münasibətilə öz dövlətinin əsil mahiyyətinini ortaya qoyaraq, özünü rüsvay etmişdir.

Fəxrlə deməliyik ki, beynəlxalq rezonansa səbəb olmuş bu təşəbbüsün təsdiqlənməsi dünya miqyasında möhtərəm Prezidentimizin beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir vaxtda hər bir dövlətin və hər bir liderin də siması, onun xalqına və bəşəri dəyərlərə olan münasibəti də nümayiş etdirilirdi.  Məhz həmin çətin günlərdə Azərbaycan dövləti və möhtərəm Prezidentimiz cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir örnək oldu. Milyonlarla insanın həyatı təhlükə altında və ölümlə üzüzə olanda bir sıra hətta “güclü” , “inkişaf etmiş” dövlətlərin əsil saxta mahiyyəti üzə çıxdı.  Pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birgə  bu ümumi bəlaya qarşı beynəlxalq səyləri birləşdirərək, bu təhlükəyə qarşı ciddi mübarizəyə qalxacaqlar. Xüsusilə də hər kəs BMT Baş Məclisinin xüsusi sesiyasının çağırılacağını gözləyirdi. Çox təəssüf ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir daimi üzvü çıxış etmədi. Əslində cənab Prezidentin bu unikal addımı həm də BMT-nin nüfuzunun qaldırılması mənafeyinə xidmət edirdi.

COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, bu məqsədlə dünya miqyasında birliyin, həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənməsi bir daha göstərdi ki, dövlətimizin və xalqımızın əvəzsiz  lideri cənab İlham Əliyevin nüfuzu və reytinqi olduqca yüksəkdir.

Beləliklə də "Bəşəriyyətin müharibəsi” adlanan COVİD-19 pandemiyasına qarşı mübarizə məsələsində sözsüz ki, dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağını labüd etdi. Qeyd etmək istərdim ki, həmin müzakirələrin nəticəsi olaraq beynəlxalq ictimaiyyət etiraf etdi ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri  birləşdirən dövlət Azərbaycan Respublikası və onun lideri Prezident İlham Əliyevdir. Bu səylər sayəsində iqtisadi, hərbi, sosial, və humanitar sahələrdə əməkdaşlıq dünya dövlətlərinin mövcud pandemiyaya qarşı, eləcə də baş verə biləcək digər  qlobal sağlıq problemlərinə qarşı mübarizədə əməkdaşlıq zəruridir.  Bunun məntiqi davamı olaraq, bəşəriyyət həyacanla COVİD-19 əleyhinə peyvəndin əldə edilməsini strateji əhəmiyyətli məsələ kimi gözləyirdi. Eyni zamanda həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmin olunması da kifayət qədər aktuallıq kəsb edirdi. Bu baxımdan pandemiya dövründə bir sıra dövlətlər tərəfindən  geosiyasi ambisiyaların nümayiş etdirilməsini və sərhədlərin bağlanmasını bu dövlətlərin bir-birinə qarşı təzyiq vasitəsi kimi qəbul etmək olar. Mübaliğəsiz demək lazımdır ki,bu kimi olduqca aktual məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 3 dekabr tarixində reallaşdırılmış  BMT Baş Məclisinin xüsusi sessiyasının gündəliyini müəyyən etmişdir.

2003-cü ildən bugünədək dövlətimizin başçısının rəhbərliyilə atılan irimiqyaslı addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyil ki, hər gün minlərlə soydaşımızlarımız tərəfindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanır.Bu məktubları bir-birinə birləşdirən xətt cənab İlham Əliyevin özünə arxa-dayaq bildiyi və güvəndiyi xalqın ona olan tükənməz inamıdır. Hər kəs əmindir ki, möhtərəm Prezidentimiz bu inamı ötən 19 ildə konkret əməli addımları ilə qazanmışdır. Xüsusilə pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keçirməyi fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə ardıcıl və kompleks tədbirlər həyata keçirilmişdir. Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə diqqətilə sosial siyasət konsepsiyası, daha doğrusu əhalinin sosial rifahının gücləndirilməsi, eləcə də əhalinin həssas qrupları və aztəminatlı ailələrinin sosial müdafiəsinin gücləndirilməsi davamlı, sistemili, ədalətli  və ünvanlı prinsiplərlə əsasında həyata keçirilir.  Qeyd etmək lazımdır ki, xalqımızın iftixarı Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, həm də tarix yazan güclü ordusunda da öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.

2020-ci ilin 8 noyabrında  bütün dünyaya qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir əməliyyatları ilə azad edilməsi və düşmənin müqavimət potensialının darmadağın edilməsi möhtəşəm Zəfərimizin və 44 günlük Vətən müharibəsinin ən parlaq səhifəsidir.  Məhz noyabr ayının 10-da üç ölkənin prezidentləri cənab İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat da  regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatması və işğalçı Ermənistan dövlətinin kapitulyasiyası Aktı adlandırılır. Əslində bu həm də Ordumuzun əldə etdiyi tarixi zəfəri Müzəffər Ali Baş Kamandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən təhlükəsizlik və ümumi inkişaf doktrinasının təntənəsi kimi qiymətləndirilməlidir. Bu tarixi zəfərin digər mühüm və çox böyük siyasi əhəmiyyəti haqda Prezident İlham Əliyevin  Yeni Azərbaycan Partiyasının VII qurultayında yekun nitqində tarixi nailiyyət adlandırdığı Zəngəzur dəhlizinin inşasıdır. Ötən dövr ərzində möhtərəm Prezidentimizin keçirdiyi bütün görüşlərdə və qəbul edilən sənədlərdə, Brüssül və ya  Moskvada qəbul edilmiş Üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin əhəmiyyəti, inşa olunması və istifadəyə verilməsi öz əksini tapmışdır.  “Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezidentimiz cənab İlham Əliyev ötən ilin 31 mart tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (hazırda TDT-adlanır) videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirməsini türk dünyasının coğrafi parçalanması və türk dünyasına vurulan xəncər adlandırmışdır. Bugün sevinclə deyə bilərik ki, qədim Azərbaycan torpağı olan Zəngəzur və Zəngəzur dəhlizi  türk dünyasını birləşdirən körpü olamaqla, türk dünyasının torpaq yolu daha sürətlə  intiqrasiya etməsində mühüm rol oynayacaqdır. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək,digər ölkələr üçün isə əlavə imkanlar yaradacaq. Əlbəttə Ermənistan da bundan çox böyük fayda əldə edəcəkdir.

Qeyd etmək lazımdır ki, “Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və “güclüsənsə, haqlısan” məntiqi hökm sürür”, - deyən möhtərəm İlham Əliyev böyük uzaqgörənliklə ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm  addımlar  atmışdır. Ölkəmizin ildən-ilə artan büdcə zərfində müdafiə xərclərinin artırılması da bu məqsədə xidmət edir. Qeyd etmək lazımdır ki, demək 2003-cü ildən 2022-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 20 dəfəyə yaxın artmışdır. Qısa müddət ərzində ölkəmizdə 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi  ölkəmizə  təkcə hərbi deyil, həm də siyasi  dividentlər qazandırmışdır. Müzəffər Ali Baş Kamandanımızın apardığı vətənpərvərlik tərbiyəsi və onun şəxsi nümunəsi Ordumuzda döyüş ruhu və  hərbi-vətənpərvərlik  hissinin  ən yüksək səviyyəyə çatdırmışdır. Onu da qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində  işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 2,2 milyard manat vəsait ayrılmışdır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin konseptual əsasları da müəyyən edilmişdir. Son olaraq, Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı  müdafiə etməsi, dost  Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Moskva Bəyannaməsi, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi  və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən Müharibəsində  Azərbaycanın tam  qələbəsini təmin edən həlledici amillərdir. Elə bir qələbə ki, şəhidlərimizin ruhunu şad etmiş, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə  işğal altındakı  bütün ərazilərimizi  öz  əbədi sahibinə - Azərbaycan xalqına qaytarmışdır.

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Qarabağ Azərbaycanındır. Qarabağ Azərbaycandır!