YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TurAz Şahini 2015” təlimlərində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri Vətənə qayıdıb

İllik hərbi əməkdaşlıq planına əsasən Türkiyə Respublikasında keçirilən "TurAz Şahini 2015" birgə təlimlərində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri Vətənə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə iştirak edən şəxsi heyət müxtəlif növ döyüş tapşırıqları, o cümlədən şərti yaxın hava döyüşləri, birgə hava uçuşları, qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatı, şərti düşmənin yer hədəflərinə bomba və top zərbələri endirilməsi və praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.