YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan tərəfi bütün beynəlxalq tədbirlərdə Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətini gündəmə gətirir

«Azərbaycan tərəfi bütün beynəlxalq tədbirlərdə Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətini gündəmə gətirir». Bu fikri yap.org.az saytına YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bu məsələ daim bizim gündəliyimizdədir. Onun sözlərinə görə, bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri haqqında geniş məlumatlar verilir.

«Ölkəmizin nümayəndə heyəti  Avropa Şurası Parlament Assambleyasında işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini dəfələrlə vurğulayıb. Çünki bu ölkəyə qarşı ciddi tədbirlər görülməsə, münaqişənin sülh yolu ilə həll olunması mürəkkəb olaraq qalacaq. Ona görə də, Azərbaycan diplomatiyası beynəlxalq müstəvidə işğalçı Ermənistanın yürütdüyü siyasətin mahiyyətini ifşa etmək və münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq prinsiplərinin tətbiq olunması istiqamətində bütün imkanlarını səfərbər edib»- deyə, S.Fətəliyeva vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv