YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Həmidov Şükür Nəriman oğlunun doğum günüdür.

Bununla əlaqədar Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbirlər keçirilib.

İkinci Şəhidlər xiyabanında baş tutan anım mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, RİH-nin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, təşkilatın məsul əməkdaşları, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və ictimayyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Tədbirdə RİH başcısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və igidliyindən danışıblar.

Şükür Həmidovun qəhrəmanlığının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müxtəlif orden və medallara təltif olunduğu xüsusi vurğulanıb.

Milli Qəhrəmanın atası Nəriman Həmidov göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib.

Anım tədbiri Sumqayıt şəhərində şəhid zabitin şərəfinə inşa edilən xatirə abidəsinin və Qubadlı rayonu Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov adına Xanlıq kənd 3 nömrəli tam orta məktəbin ziyarət olunması ilə davam edib.