YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Ramil Abbasovun doğum günü münasibətilə məzarı ziyarət olunub

Qaxda Vətən müharibəsi şəhidi Abbasov Ramil Sabir oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının fəalları, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra partiya fəalları şəhidin xatirəsinə inşa edilən abidə kompleksinin açılışında iştirak ediblər. Mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzüb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsini ehtiramla yad ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən qaxlı döyüşçülərin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, şərəfli ömür yolundan danışıblar.