YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilib

Şabranda Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və partiya fəalları, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə rayondakı Şəhidlər xiyabanı ziyarət olunub. 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları, həmçinin şəhidlərimizin məzarları önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Tədbirdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov 31 mart soyqırımının tarixi mahiyyətindən danışıb, əsrlər boyu xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti və insanlıq əleyhinə cinayətlərdən bəhs edib.