YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Cahangir Baxışovun əziz xatirəsi anılıb

Qobustan rayonunda Vətən müharibəsi şəhidi Baxışov Cahangir Əmrah oğlunun doğum günü uyuduğu Nardaran kənd qəbiristanlığında məzarı üstündə qeyd olunub.

Anım mərasimində Qobustan Rayon İcra Hakimiyyəti Başçısının müavini — Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov, Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər öncə Vətən müharibəsi şəhidi Cahangir Baxışovun doğum günü ilə əlaqədar məzarını ziyarət ediblər, qəbri üzərinə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.  Sonra şəhidin ailəsi ziyarət edilib, onların qayğı və problemləri ilə maraqlanılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şəhid Cahangir Baxışov 2020-ci il oktyabrın 10-da Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.