YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Beynəlxalq tədbirdə Azərbaycanın təcrübəsi barədə geniş məlumat veriləcək

Azərbaycan nümayəndə heyəti Avropa Şurası idman üzrə qurumu (EPAS) tərəfindən Belçikanın paytaxtı Brüsseldə şəhərində keçiriləcək beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı seminarda iştirak edəcək. Bu barədə  nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev məlumat verib.

R.Əliyev bildirib ki, aprelin 8-də baş tutacaq seminarda “Avropa Şurası Nazirlər Komitəsinin kişi və qadın idmançılara viza verilməsi ilə bağlı üzv dövlətlərə Tövsiyəsi N (99)10” və 2010-cu ildə Bakıda keçirilmiş Avropa Şurası İdman Nazirlərinin 18-ci qeyri-formal iclasında qəbul edilmiş “Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi ilə bağlı 2.1 saylı qətnamə" üzrə müzakirələr aparılacaq.

«Seminarın əsas məqsədi müxtəlif ölkələrin təcrübələri əsasında beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi barədə ən qabaqcıl təcrübələrin toplanacağı məlumat kitabçasının hazırlanmasıdır. Tədbirdə Azərbaycanın bu sahədə olan ən yaxşı təcrübələri barədə də məlumat verilməsi nəzərdə tutulub»- deyə, R.Əliyev qeyd edib.