YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hesablama Palatası Milli Məclisdə illik hesabat verəcək

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.  Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” geniş müzakirə olunub. İclasda 2014-cü il üçün İş planına əsasən həyata keçirilmiş nəzarət tədbirlərinin və cari fəaliyyətin, o cümlədən sona çatmış Strateji İnkişaf Planının və beynəlxalq layihənin nəticələri barədə məlumat verilib, müəyyən edilmiş funksiyaların icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb müzakirə olunub.

 Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edilib və hesabatın Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.