YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Vətən müharibəsi şəhidi doğum günündə anılıb

Ucarda Vətən müharibəsi şəhidi kəşfiyyatçı gizir Ələkbərov Allahverdi Məzahir oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, şəhid valideynləri, ictimaiyyət nümayəndələri Ucar Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Çıxış edənlər 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Şəhid Allahverdi Ələkbərovun həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb.

Qeyd edək ki, şəhid Allahverdi Ələkbərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb və noyabrın 11-də Mingəçevir şəhər Hərbi Hospitalında şəhid olub. Prezidentin sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.