YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Uşaq İncəsənət Məktəbi, Uşaq- Gənclər İdman və Şahmat məktəbi, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Uşaq İncəsənət Məktəbi ərazi partiya təşkilatına Pərviz Cavadov sədr, Tükəzban Mehdiyeva sədr müavini, Uşaq-Gənclər İdman və Şahmat məktəbi ərazi partiya təşkilatına Aqşin Hüseynli sədr, Səadət Səfərova sədr müavini, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazi partiya təşkilatına Mehdi Miriyev sədr, Səbahi Abbasova sədr müavini seçiliblər.

Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev yeni seçilən sədr və sədr müavinlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonda fəal YAP üzvlərinə hədiyyələr təqdim olunub.