YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatında hesabat-seçki yığıncaqlarına start verilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib. Sumqayıt şəhər, 43-cü məhəllə, Bakı küçəsi 1 (Sumqayıt Dövlət Universiteti, 1 saylı) ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasa sədrlik edən SDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın ötən dövrdə keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bu gün Prezident İlham Əliyevin rəhbəri olduğu Partiyanın Azərbaycan cəmiyyətində və Cənubi Qafqazda böyük nüfuza malik ən güclü siyasi təşkilat olduğunu vurğulayıb.

Sonra gündəlikdə duran məsələlər müzakirəyə qoyulub.

Dosent Qafar Atayevin Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Hesabat-seçki yığıncağının gündəliyinə uyğun olaraq, təşkilati məsələlərə də baxılıb.

Səsvermə nəticəsində Xəlilov Elmar Şirinbala oğlu Sumqayıt şəhər, 43-cü məhəllə, Bakı küçəsi 1 (Sumqayıt Dövlət Universiteti 1 saylı) Ərazi partiya təşkilatının sədri, İsmayılova Pərzad Hüseyn qızı isə sədr müavini seçiliblər.

Sonda YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək partiyanın yeni qəbul olunmuş proqramı və qarşıda duran vəzifələr barədə danışıb, Ərazı partiya təşkilatının yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb.