YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qəbələ rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir.

YAP Qəbələ rayon təşkilatı Həzi Aslanov küçəsində yerləşən Mədəniyyət Mərkəzi, Abbas Səhhət küçəsində yerləşən Səhiyyə, Əziz Əliyev 12 ünvanında yerləşən Suvarma Sistemləri idarəsi, H. Əliyev pr.40 ünvanında yerləşən Təhsil, Həzi Aslanov 39 ünvanında yerləşən Az.telekom MMC-nin DŞR filialının Qəbələ şöbəsi, Vəndam qəsəbəsində yerləşən Vəndam ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Malik Ağayev Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının sədri, Şəbnəm Kərimova sədr müavini, Ceyhun Əhmədov Səhiyyə ərazi partiya təşkilatının sədri, Şəhanə Əmiraslanova sədr müavini, Ağabəy Ağayev Suvarma Sistemləri idarəsi ərazi partiya təşkilatının sədri, Rəşid Mustafayev sədr müavini, Arifə Bayramova Təhsil ərazi partiya təşkilatının sədri, Aynur Qədirova sədr müavini, Sevinc Babayeva Az.telekom MMC-nin DŞR filialının Qəbələ şöbəsi ərazi partiya təşkilatının sədri, Qəmbər Qəmbərov sədr müavini, Ruslan İsmayılov Vəndam ərazi partiya təşkilatının sədri, Samir Rəhimov sədr müavini seçilib.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.