YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid ailələri ziyarət olunub

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı, kapitan Musibov Veysəl Yadulla oğlunun 33-cu doğum günü ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub. Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

RİH başçısı A.Fərzəliyev şəhid ailələri ilə görüşüb, problemləri və qayğıları ilə maraqlanaraq Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırıb.

Daha sonra “Vətən Müharibəsi Qəhrəmanı” Musibov Veysəl Yadulla oğlunun adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yeni qurulan guşəsinin təntənəli açılış tədbiri keçirilib. Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilkə baş tutan tədbirdə qəhrəmanımızın həyatından, döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılıb, məktəblilər tərəfindən vətənə, qələbəyə aidşeirlər səsləndirilib.

Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.