YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xocalı rayon təşkilatında ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının dövlət idarəetmə orqanları üzrə, Börü qəsəbəsi, Meşəli qəsəbəsi, Təhsil işçiləri üzrə, 54-Saylı Yol İstismar MMC üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqlarda çıxış edən rayon təşkilatının sədri Vahid Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində əldə olununan uğurlardan, ölkədə aparılan islahatlardan və Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb. YAP-da aparılan islahatlardan söhbət açan V.Əliyev rayon təşkilatının qarşısında duran vəzifələrdən, ərazi partiya təşkilatında təşkilatı dəyişikliklərin aparılmasının zəruriliyi və siyasi fəallığın təmin edilməsinin vacibliyindən bəhs edib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.