YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına başlanılıb.

Hesabat-seçki yığıncaqları şəhər 2 saylı tam orta məktəb və şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatlarında keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb.  Fatma Həmidova 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Rəşad Kərimov sədr müavini, Mehriban Mütəllimova şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Şəfa  Həsənova sədr  müavini seçilib.

YAP Göyçay rayon təşkilatının məsləhətçiləri Çingiz İbrahimov və Arzu Yahyazadə yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək, işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.