YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında “Azərbaycanın milli maraqları və xarici siyasəti” mövzusunda gənclərlə növbəti görüş keçirilib

YAP Yasamal rayon təşkilatında keçirilən “Milli maraqlar və xarici siyasət” adlı silsilə görüşlərin “Milli maraqlar və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda növbəti qonağı YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov olub.

Görüşün əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncləri salamlayan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, bu gün Azərbaycan düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov məruzəsi zamanı Azərbaycanın dövlətçilik tariximizin bütün dövrləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda yaranmış siyasi böhran və iqtisadi tənəzzül həyat tərzinin aşağı düşməsinə, insanların sabaha olan inamlarının azalmasına səbəb olmuşdu. Belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və iqtisadiyyatımızın inkişafı üçün müstəsna xidmətlər göstərdi.

Bu siyasi xətti uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın etimadı ilə Prezident seçildikdən sonra ilk olaraq iqtisadiyyatımızın inkişafı üçün önəmli layihələrin reallaşmasını həyata keçirdi. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət kimi nüfuz qazanıb.

Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir.və beynəlxalq aləmdə vətənimizə böyük rəğbət qazandırır. Ölkədəki sabitlik, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın dinamik inkişafını təmin edir.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

M.Mərdanov Müzakirədə fəal iştirak edən gənclərə müəllifi olduğu “Zəfərə aparan yol” adlı kitabını hədiyyə edib.

Sonda gənclərlə xatirə şəkli çəkilib.