YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev xeyriyyəçi Zeynalabdin Tağıyevin abidəsinin açılmasını əlamətdar hadisə adlandırıb

Zeynalabdin Tağıyevin abidəsinin açılması çox əlamətdar hadisədir.

Bu barədə Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında çıxışı zamanı bildirib.

Abidənin ucaldılması üçün yer seçimindən danışan dövlətimizin başçısı deyib: “Bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir”.

Onun çox zəngin adam olduğunu qeyd edən Prezident deyib ki, lakin tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalıb. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, Azərbaycan xalqının yaddaşında qalmazdı.

Zeynalabdin Tağıyevin təşəbbüsü və şəxsi vəsaiti ilə həyata keçirilən bir çox önəmli layihələri xatırladan Prezident İlham Əliyev bu sırada Şollar su kəmərini, Bakıda teatr binasını, qızlar məktəbini qeyd edib.