YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Missiya Media Qrupu ilə birgə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya keçirib.

Aksiya iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət ediblər, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Sonra Nizami rayonu ərazisində yaşayan 20 Yanvar əlilləri və şəhid ailələri ziyarət olunub.

Partiya fəalları şəhid ailələrinin və əlillərin qayğıları ilə maraqlanıb, yardımlarını təqdim ediblər.

Qeyd olunub ki, faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından, sağlamlığından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki dövlət müstəqilliyimizin bərpası yolunda ilk cığırları onlar açıblar. Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Şəhidlərin xatirəsi əbədiləşdirilib, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilib. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir.

Şəhid ailələri və əlillər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün onlara göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.