YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatı ərazi partiya təşkilat sədrləri ilə görüş keçirib

Ağcabədi rayonunun Bayraq muzeyində Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Rövşən Əhmədov partiya üzvlərinin üzvlük haqlarının məbləği və ödənilməsinin yeni Qaydası ilə bağlı məlumat verib və ərazi partiya təşkilatlarına cari ilin yanvar ayından başlayaraq öz işlərini yeni Qaydaların tələbləri əsasında qurmağı tövsiyə edib.

İclasda həmçinin, 2021-ci ildə ərazi partiya təşkilatları tərəfindən üzvlük haqlarının ödənilməsi, YAP üzvlərinin siyahısının dəqiqləşdirilməsi sahəsində görülən işlər və cari məsələlər müzakirə edilib.

R.Əhmədov tədbirin sonunda ərazi partiya təşkilatlarına öz fəaliyyətlərini Yeni Azərbaycan Partiyasının VII qurultayında qarşıya qoyulan tələblər, həmçinin YAP Mərkəzi Aparatının tövsiyələri əsasında həyata keçirməyi tapşırıb, o cümlədən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar bütün ərazi partiya təşkilatlarında tədbirlər keçirilməsi barədə göstəriş verib.