YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Anar Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Goranboy rayonu Heydər Əliyev Mərkəzində seçicilərlə 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli görüş keçirib.

Əvvəlcə A.Məmmədov bir qrup ziyalı və ağsaqqallarla birlikdə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra Milli Məclisin deputatı Heydər Əliyev Mərkəzində ötən ildəki fəaliyyəti barədə geniş hesabatla çıxış edib. O, seçici müraciətləri, onların təmin olunması, pandemiya və müxtəlif əlamətdar günlər ilə əlaqədar imkansız ailələrə paylanan ərzaq yardımı və dairə ərazisində həyata keçirilən infrastruktur işləri barədə statistik məlumatları seçicilərinin diqqətinə çatdırıb.

Sonda görüşdə iştirak edən ağsaqqallar və ziyalılar Goranboy rayonunun əhalisinə dövlət tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv