YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının nümayəndələri, təşkilatın Ramal, Əlikənd və Şahlıq kənd ərazi təşkilatının fəalları, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının bir qrupunun iştirakı ilə Birinci Qarabağ müharibəsinin şəhidi Məmmədov Etimad Fikrət oğlunun anım günü keçirilib.

Anım tədbiri şəhidin ailəsi tərəfindən inşa edilən bulağın önündə təşkil olunub.

Tədbirdə çıxış edən YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, Ramal kənd ərazi təşkilatının sədri, kənd ümumi orta məktəbin direktoru Züleyxa Qurbanova, Ucar Rayon İcra Hakimiyyəti başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Şərifov, şəhidin müəllimi, kənd ağsaqqalı Ağaisa Qasımov, şəhid atası Əli Vəliyev şəhidlərimizin keçdiyi şərəfli yolun gənc nəsil üçün ən böyük vətənpərvərlik tərbiyəsi olduğunu vurğulayıblar.

Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Şəhidin qardaşı Taleh Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Etimad Məmmədov 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndinin müdafiəsi zamanı itkin düşüb.